Modern.az

Hadi Rəcəbli - 70 yaşın işığında  

Hadi Rəcəbli - 70 yaşın işığında   

Aktual

25 Oktyabr 2017, 08:34

Haqqında söz açacağım professor nəninki bölgəsinin, respublikamızla yanaşı bir çox dövlətlərdə dövlətimizi və dövlətçiliyimiz layiqincə təmsil edən dəyərli ziyalımız Hadı Rəcəblidir.

Bugün yəni 25 oktyabr 2017–ci ildə həmyerlimiz, millət vəkili, professor, siyasi icmalçı, Cənub bölgəsinin yetişdirməsi, fəxr və qürur yerimiz, ulu öndər Heydər Əliyevin silahdaşı Hadı müəllimin 70 yaşı tamam olur. Lənkəran torpağı iki dəfə sovet ittifaqı qəhrəmanı general Həzi Aslanov kimi dünyada tanınmış igid və qəhrəmanlar  böyüdüb, boya–başa çatdırıb. Oktyabr ayı  iki mühüm tarixi hadisə ilə yadda qalandır. 18 oktyabr dövlət müstəqilliyimizin bərpasının 26–cı ildönümü və YAP–ın yaranmasının 25 illiyinə təsadüf edir.

Rəcəbli Hadi Musa oğlu 1947–ci il oktyabrın 25–də Lənkəran rayonunun Viravul kəndində anadan olmuşdur. Moskva Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini bitirmişdir. 15 yaşından Lənkəran çörək zavodunda əvvəlcə fəhlə sonralar mühasib, texnoloq, iqtisadçı işləmişdir. 1971–ci ildən Lənkəran Şəhər Komsomol Komitəsinin II katibi, 1972–ci ildən I katibi, 1978–ci ildən "Bakinskiy raboçiy" qəzetinin xüsusi müxbiri, 1980–ci ildən Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri olmuşdur. 1981–ci ildən Azərbaycan KP MK–nın inspektoru, 1983–cü ildən Şəki Şəhər Partiya Komitəsinin I katibi, 1989–1995–ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetində referent, aparıcı mütəxəssis, bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışmışdır.


Yeni Azərbaycan Partiyası Siyasi şurasının üzvüdür.


XI çağırış Azərbaycan SSR Ali Sovetinin, I, II, III, IV və V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.


2015–ci il noyabrın 7–də 74 saylı Lənkəran kənd seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədridir. Azərbaycan–Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan–Çin, Azərbaycan–İran, Azərbaycan–Belarus, Azərbaycan–Koreya, Azərbaycan–Serbiya, Azərbaycan–Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.


İdarəçilik Akademiyasında mühazirələr oxumaqla yanaşı, Siyasi elmlər doktoru, professordur. “Şöhrət” ordeni ilə təltif edilmişdir. 9 kitabın və 220–dən çox elmi–publisistik məqalənin müəllifidir. Rus, ingilis və talış dillərini mükəmməl bilir. Evlidir, 4 övladı, 10 nəvəsi var.


Cənub bölgəsinin dilbər güşəsi olan Lənkəran rayonumuzun tanınmış el  ağsaqqalının 70 yaşı tamam olur.  Hadı müəllimi 70 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona can sağlığı, işlərində yeni–yeni müvəffəqiyyətlər, şərəfli və çətin işində uğurlar arzu edirəm. 


Cəmil Quliyev
 t.ü.f.d., jurnalist

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi