Modern.az

Türkiyədə parlament seçkiləri keçirilib

Türkiyədə parlament seçkiləri keçirilib

12 İyun 2011, 21:09

İyunun 12-də Türkiyədə növbəti parlament seçkiləri keçirilib. 50 milyondan çox seçicinin səs  verdiyi seçkiyə 15 siyasi partiya qatılıb. 203-ü müstəqil, 7492 nəfəri siyasi partiyaların təmsilçiləri olmaq üzrə cəmi 7 min 660 namizəd millət vəkili mandatı uğrunda mübarizə aparıb. Türkiyə parlamentinə ümumilikdə 550 nəfər millət vəkili seçiləcək. Gözlənildiyi kimi əsas mübarizə hakim Ədalət və İnkişaf Partiyası, müxalif Cümhuriyyət Xalq Partiyası və Milliyyətçi Hərəkat Partiyası arasında gedib.

Modern.az Türkiyə KİV-lərinə istinadən bildirir ki, səsvermə başa çatandan sonra seçki bülletenlərinin sayılması həyata keçirlir və ilkin nəticələr də var.

Baş nazir Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyası (AKP) ehtimal olunduğu kimi öndədir. İkinci yerdə Kamal Kılıcdaroğlunun Cümhuriyyət Xalq Partiyası (CHP) və üçüncü yerdə Dövlət Bağçalının Milliyətçi Hərəkat Partiyası gəlir.

Bakı vaxtı ilə saat 21.15-ə olan məlumata görə, AKP 52%, CHP 24%, MHP 13%, müstəqil nazmidələrin seçki bloku 6%, digər partiyalar 4% səs toplayıb.

Parlamentə düşmək üçün 10 faizlik seçki baryerini aşmaq tələb olunur.

Seçkilərin hər saat dəyişən nəticələrini buradan //secim2011.cnnturk.com/ öyrənmək olar.  

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular