Modern.az

Bakıda kişi sevgilisini ayağı ilə boğub öldürdü

Bakıda kişi sevgilisini ayağı ilə boğub öldürdü

25 Oktyabr 2017, 10:36

Bakıda qətl törədilib.

 

APA-nın məlumatına görə, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsi Adil Əlibabayev küçəsində qeydə alınıb.

 

Qəsəbə sakini, 1968-ci il təvəllüdlü Fərhad Cənnət oğlu Şaqaliyev aralarında yaranmış mübahisə zəminində, qeyri-rəsmi nikah münasibətlərində olduğu, 1982-ci il təvəllüdlü Gülnarə Xanış qızı Sadıqovanı döyüb və sonunda ayağını onun boğazına dirəyərək boğub. Nəticədə qadın boğularaq ölüb.

 

F. Şaqaliyev saxlanılıb.

 

Faktla bağlı Sabunçu rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?