Modern.az

Generallların sandığından CHP çıxdı, Yaşar Böyükanıt isə səsverməyə getmədi

Generallların sandığından CHP çıxdı, Yaşar Böyükanıt isə səsverməyə getmədi

12 İyun 2011, 22:37

Türk Silahlı Qüvvələrində yüksək vəzifə tutmuş komandirlərin seçkilərdə səs verdiyi sandıqdan CHP birinci partiya olaraq çıxıb. Modern.az Türkiyə KİV-lərinə istinadən bildirir ki, 2121 nömrəli sandıq səsvermə tamamlanandan sonra açılıb. Səslər sayılarkən 252 etibarlı səsin 138-nin CHP-yə, 50-nin MHP-yə, 46-nın AKP-yə, 2-nin Səadət Partiyasına, 1-nin BBP-yə 15-nin də müstəqil namizəd Əhməd Tuncay Özkana verildiyi təsbit edilib.

Sandıqda qeydli olan 296 seçicidən 44-nün səsverməyə gəlmədiyi təyin edilib. Onların arasında Baş qərargahın keçmiş rəisi, təqaüdçü general Yaşar Büyükanıt və həyat yoldaşı Filiz Büyükanıt da var.
Eyni sandıqda Baş qərargahın digər sabiq rəisləri generallar İlkər Başbuğ, İsmayıl Haqqı Qaradayı, Hüseyn Kıvrıkoğlunun da səsləri olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular