ABŞ-ın Ermənistandakı səfiri Riçard Milz Ermənistanın Azərbaycanla və digər region ölkələri ilə münasibətlərini yaxşılaşdırmalı olduğunu deyib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, səfirin fikrincə, bu baş verməsə, ölkənin milli təhlükəsizliyi və gələcəyi təhlükədə olacaq.
“ABŞ-da biz anlayırıq ki, Ermənistanın Rusiya ilə münasibətləri yaxşı olmalıdır. Düşünürəm ki, Azərbaycanla da münasibətlərin yaxşı olması vacibidr. Dağlıq Qarabağ münaqişəsi həll olunmasa, milli təhlükəsizlik, korrupsiya, demokratiya və s. problemləri həll olunmayacaq”.