İraqın baş naziri Heydər əl-Abadi Türkiyəyə səfərə gəlib.
Modern.az-ın Türkiyə KİV-nə istinadən xəbərinə görə, iraqlı baş nazirin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Məlumata görə, iki rəsmi son dövrlər regionda baş verən hadisələri müzakirə edəcəklər.
İraqlı baş nazirin həmçinin türkiyəli həmkarı Binəli Yıdırımla da görüşəcəyi qeyd olunub.
Qeyd edək ki, daha öncə B.Yıldırımın İraqa gedəcəyi bildirilsə də, sonradan bu səfər təxirə salınmışdı.