Modern.az

Seçkilərdə məğlub olan partiya sədri istefa verdi

Seçkilərdə məğlub olan partiya sədri istefa verdi

13 İyun 2011, 01:20

12 iyun parlament seçkilərinin nəticələri élan olunandan həmən sonra Türkiyə Böyük Millət Məclisinə düşmək üçün 10%-lik baryeri keçə bilməyən Böyük Birlik Partiyasının (BBP) sədri Yalçın Topçu istefa verdiyini bəyan edib.

Modern.az xəbər verir ki, Topçu verdiyi açıqlamada BBP-ni partiyanın qurucu mərhum Möhsin Yazıcıoğlunun siyasi əmanəti olaraq qoruduğunu bildirib.

''Demokratiyalarda millətin iradəsinin üstünə deyiləcək söz yoxdur. Millət sandıqda danışmışdır. Millətin təqdiri də başımızın tacıdır. Seçkilərdəki mövcud müvəffəqiyyətsizliyi öz üzərimə götürür və rəhmətlik başqanımız Möhsin Yazıcıoğlunun şahidliyindən bu yana icra etməkdə olduğum BBP sədrliyindən istefa verirəm”

Topçu deyib ki, partiyanın səlahiyyətli quruluşları 15 İyun 2011 tarixində toplanaraq bundan sonrakı müddətdə yeni sədr seçkisini təyin edəcək.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular