Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının texniki mərtəbəsində 10 kv.m sahədə məişət tullantıları yanıb.
Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 11 nəfər bina sakini təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.