Modern.az

Patti Ostinin Bakı konsertinin repertuarı açıqlandı

Patti Ostinin Bakı konsertinin repertuarı açıqlandı

25 Oktyabr 2017, 14:45

Tanınmış amerikalı caz ifaçısı, «Qremmi» mükafatı laureatı Patti Ostin noyabrın 15-də Heydər Əliyev Mərkəzində keçiriləcək konsertində tamaşaçılara maraqlı proqram təqdim edəcək.

 

Modern.az-ın məlumatına görə, Patti Ostin «cazın birinci ledisi» Ella Fitzercaldın xatirəsinə ithaf etdiyi «For Ella» albomundan kompoziyaları ifa edəcək.

 

Caz həvəskarları konsertdə «Too Close For Comfort»,  «Honeysuckle Rose»,  «You’ll Have To Swing It», «Our Love Is Here To Stay», «A Tisket A Tasket»,  «Miss Otis Regrets»,  «The Man I Love»,  «Hearing Ella Sing» və digər hitləri dinləyə biləcəklər.

 

Konsertdə P. Ostini caz triosu müşayiət edəcək.

 

Qeyd edək ki, 2017-ci il dünyada Ella Fitzceraldın 100 illiyi qeyd edilir və Patti Ostinin Bakı konserti də bu yubileyə həsr olunur.

 

Sizə yeni x var
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?