Modern.az xəbər verir ki, 12 iyunda Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkilərdə ilk dəfə bir xristian namizəd də millət vəkili seçilib. Türkiyənin Mardin vilayətindəki seçkidə 6 millət vəkili yerindən 3-nü AKP, 3-nü BDP-nin dəstəklədiyi müstəqil namizədlər qazanıb.
Müstəqil millet vekili seçilən Erol Dora Türkiyə Böyük Millət Məclisinə girə bilməyi bacaran ilk xristian deputat olub.
Erol Dora 1964-cü ildə Şırnak vilayətinin Silopi mahalında doğulub. Dora Ankara Universitetinin Hüquq fakültəsini bitirib. O, Sürəni Katolik Vəqfinin vəkilidir.
Modern.az