Modern.az

Bakıda 17 nəfər universitetin liftində qaldı

Bakıda 17 nəfər universitetin liftində qaldı

Aktual

25 Oktyabr 2017, 16:08

Bakıda universitetin liftində 17 nəfər qalıb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən universitetin tədris binasının liftində 17 nəfərin qalması barədə xəbər daxil olub.

 

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri müvafiq xilasetmə işlərinin görülməsi üçün həmin ünvana cəlb olunublar.

 

Xilasedicilər vətəndaşların liftdən çıxmasına köməklik göstəriblər. Əməliyyat başa çatıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?