Modern.az xəbər verir ki, 12 iyunda Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkilərdə Milliyətçi Hərəkat Partiyasının əfsanəvi lideri mərhum Alparslan Türkeşin iki oğlu da millət vəkili seçilərək Məclisə keçib.
Bunlar namizədliklərini iki fərqli partiyalardan irəli sürən İldırım Tuğrul Türkeş və Əhməd Kutalmış Türkeş qardaşlarıdır.
İldırım Tuğrul Türkeş MHP-dən, onun qardaşı Əhməd Kutalmış Türkeş isə hakim AKP-dən millət vəkili seçilib. İndi iki qardaş yeni dövrdə rəqib partiyalarda Məclisdə iştirak edəcəklər.