Modern.az

Nazir beynəlxalq konfransdan qayıdıb

Nazir beynəlxalq konfransdan qayıdıb

13 İyun 2011, 10:27

Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovun başçılıq etdiyi nümayəndə heyəti iyunun 8-dən 12-dək Beynəlxalq Əmək Konfransının 100-cü sessiyasında iştirak etmək məqsədilə Cenevrə şəhərində səfərdə olub.
Nazir Fizuli Ələkbərov sessiyanın plenar iclasında məruzə ilə çıxış edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, Səfər çərçivəsində iyun ayının 9-da BƏT-in baş direktoru Xuan Somaviya, Məşğulluq sektorunun icraçı direktoru J.M. Salazar-Xirinaçs, Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Syuzan Hofman ilə görüşlər keçirilib. Görüşlərdə Azərbaycanın sosial-iqtisadi inkişafı,  ölkədə aparılan islahatlar və həyata keçirilən iri layihələr, o cümlədən sosial proqramların geniş tətbiqi nəticəsində son 8 il ərzində yoxsulluğun azaldılması və əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlər və əldə olunan nailiyyətlər müzakirə olunub. Həmçinin müxtəlif beynəlxalq layihələr çərçivəsində respublikanın regionda uğurlu investisiya fəaliyyəti və ölkənin etibarlı strateji tərəfdaşa çevrildiyi diqqətə çatdırılıb.

Görüşlərdə respublikada məşğulluq sahəsində aparılan islahatlar, o cümlədən son 8 il ərzində yaradılmış 930 min yeni iş yeri, məşğulluq starategiyasının həyata keçirilməsi üzrə növbəti mərhələnin hazırlanması barədə ətraflı məlumat verilmiş və bununla əlaqədar olaraq BƏT tərəfindən müvafiq texniki və ekspert dəstəyinin göstəriləcəyinə dair razılıq əldə olunub. Eyni zamanda, Azərbaycan Respublikasında məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı (2011-2015-ci illər) çərçivəsində gənclərin məşğulluğuna yönəlmiş tədbirlər və onların layiqli əməklə təminatı əsas strateji məqsəd kimi müəyyənləşdirilməsi gənclərin məsələlərinə artan diqqətin bariz nümunəsi olaraq dəyərləndirilib.

BƏT rəsmiləri tərəfindən milli iqtisadiyyatın diversifikasiyasının və neft resurslarından ölkəyə mənfəətin təmin olunmasının müsbət bir hal olduğu və  Azərbaycanı Beynəlxalq Əmək Təşkilatının əsas tərəfdaşlarından biri kimi səciyyələndirərək layiqli əməyin inkişafı üçün siyasi iradənin mövcudluğu xüsusilə vurğulanlb.

BƏT rəsmiləri Azərbaycanda sosial yönümlü büdcənin formalaşdığı, həmçinin  təhsil  və səhiyyə sahəsində də aparılan islahatlar qeyd olunaraq, insan kapitalının inkişafına və işçi qüvvəsinin yüksək səriştəsi ilə yanaşı qabaqcıl texnologiyalarının tətbiqinə yönəlmiş müvafiq tədbirlərin həyata keçirilməsi müsbət qiymətləndiriblər.

Görüşlər zamanı məşğulluq proqramının və layiqli əməyin təminatı üzrə ölkə proqramının uğurla həyata keçirildiyi qeyd olunaraq BƏT-in Azərbaycana bu məqsədlə hərtərəfli dəstək göstərəcəyi bildirilmiş və növbəti ölkə proqramının razılaşdırıması prosesinin tezliklə tamamlanacağına ümidlər ifadə edilib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular