Modern.az

SOCAR-ın avtobusu jurnalisti vurub öldürdü

SOCAR-ın avtobusu jurnalisti vurub öldürdü

25 Oktyabr 2017, 19:06

Şirvan şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, Şirvan şəhəri Heydər Əliyev prospektində, SOCAR-a məxsus, 90 JS 409 dövlət nömrə nişanlı avtobus yolu keçən Şirvan sakini, 1956-cı il təvəllüdlü Məmmədli Səxavət Musa oğlunu vurub.

 

Xəstəxanaya çatdırılan S. Məmmədli orada dünyasını dəyişib. 

 

S. Məmmədlinin tanınmış jurnalist olduğu, Şirvanda bölgə müxbiri kimi fəaliyyət göstərdiyi bildirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?