Modern.az

Xəzərdən qanunsuz qum daşıyanlar bu məbləğdə cərimələnib

Xəzərdən qanunsuz qum daşıyanlar bu məbləğdə cərimələnib

Aktual

25 Oktyabr 2017, 21:07

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Xəzər dənizinin sahil ərazilərindən qanunsuz qum daşınmasının qarşısını almaq üçün mütəmadi reydlər keçirir. Bu barədə özəl olaraq Modern.az-a nazirlikdən bildirilib.

 

Məlumatda bildirilir ki, monitorinqlər əsasən Quba, Xaçmaz, Giləzi, Şurabad, Lənkəran, Bakı və Abşeron yarımadasında dəniz sahillərində keçirilir:

 

"Bu ilin 9 ayı ərzində keçirilən monitorinqlər nəticəsində yerin təkindən qanunsuz istifadə edən şəxslərə 35 akt və protokol tərtib edilib. Nəticədə qanun pozan şəxslər 15 min 800 manat cərimələnib. Qanunsuz qumun daşınmasına görə isə, 13 min 633 manat məbləğində iddia qaldırılıb".

 

Nazirlikdən bildirilib ki, əvvəlki illərlə müqayisədə Xəzər sahilindən qanunsuz qum daşınması faktları əhəmiyyətli dərəcədə azalıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?