ABŞ-ın Havay ştatının polisi yolun hərəkət hissəsindən keçən zaman telefondan istifadə edənləri cərimələyəcək.
Yerli mənbələr yazır ki, avtomobil yolunu keçərkən mobil telefona və ya digər elektron qurğuya baxmağı qadağan edən qanun bu gün Oahu adasında qüvvəyə minib. Qonoqulu şəhəri bu cür qadağanın qanunverici qaydada tətbiq olunduğu ilk iri yaşayış məntəqəsidir.
Yeni qanun 15 dollardan 35 dollara qədər cərimə nəzərdə tutur. Əgər piyada yolu keçərkən il ərzində üçüncü dəfə telefondan istifadə edərkən yaxalansa, cərimənin məbləğı 75-99 dollara qədər artacaq.
Milli Təhlükəsizlik Komitəsinin məlumatına görə, ABŞ-da 2000-ci ildən 2011-ci ilədək piyadaların yolu keçidlərində telefondan istifadə etməsi səbəbindən baş verən yol-nəqliyyat hadisələrində 11 mindən çox insan xəsarət alıb.