Modern.az

2520 bakalavr magistr imtahanlarına sənəd verib

2520 bakalavr magistr imtahanlarına sənəd verib

13 İyun 2011, 12:01

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün proqram və ixtisaslaşma seçimi davam edir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Modern.az-a verilən məlumta görə, indiyə qədər 2520 bakalavr elektron ərizəsini təsdiq edib.

Ali təhsil müəssisələrinin magistraturalarına 20 fevral 2011-ci il tarixində keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə, müsabiqə şərtlərini ödəyərək imtahanın ikinci mərhələsinə buraxılmış bakalavrların internetlə proqram və ixtisaslaşma seçimi davam edir.

13 iyun saat 11:30-a olan məlumata əsasən, 2520 bakalavr internetlə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını və ixtisaslaşmaları seçib təsdiq ediblər.

Xatırladırıq ki, təsdiq prosesi iyunun 15-də (saat 10:00-da) başa çatacaq.

Hələ də proqram və ixtisaslaşma seçimini təsdiqləməyən bakalavrların qeyd olunan proseduru vaxtında icra etmələri tələb olunur. Əks halda, onlar iyunun 26-da keçiriləcək magistraturaya qəbul imtahanının ikinci mərhələsinə buraxılmayacaqlar. 

Modern.az

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB