Modern.az

Əli Xameneyi: “İŞİD-i ABŞ yaradıb”

Əli Xameneyi: “İŞİD-i ABŞ yaradıb”

26 Oktyabr 2017, 16:37

İranın ali dini lideri Əli Xameneyi İraqa terrorla mübarizə zamanı ABŞ-a etibar etməməsini məsləhət görüb.

 

 Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o bu barədə İraq baş naziri Heydər əl-Abadi ilə görüş zamanı deyib.

 

“ABŞ-a və onun yalanlarına etibar etməyin. Onlar fürsət tapan kimi İraqa zərər vurmağa çalışacaqlar”.

 

Dini lider məhz ABŞ-ın İŞİD-i yaratdığını və İraq ordusunun qələbələri fonunda rola girdiyini deyib.

 

 

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?