Modern.az

Bakıdakı ət dükanlarənda reyd keçirildi - cərimələr kəsildi

Bakıdakı ət dükanlarənda reyd keçirildi - cərimələr kəsildi

26 Oktyabr 2017, 17:21

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Bakı şəhər Baytarlıq İdarəsinin əməkdaşları ilə oktyabrın 25-də paytaxtın Nərimanov, Yasamal və Binəqədi rayonları ərazisində fəaliyyət göstərən ət satışı məntəqələrində birgə reyd keçiriblər.  


DİN-in mətbuat xidmətindən Modern.az-a bildirlib ki, reyd zamanı bir neçə mağaza sahibi - Nərimanov rayonu ərazisində Seyidəli Abdullayev, Yasamal rayonu ərazisində Namiq Əliyev və Binəqədi rayonu ərazisində Şakir Güləliyev özlərinə məxsus ət satışı mağazalarında baytarlıq haqqında qanunvericiliyi pozduqları üçün, habelə Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yerləşən ət satışı mağazalarının sahibləri - Kamran Beydiyev və Nüsrətdin Hacıyev küçə ticarəti qaydalarını pozduqları üçün barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilib.

 

 

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?