«Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi irəliləyişin əldə olunmasının vaxtı yetişib». Bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. (APA)
O xatırladıb ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin prezidentləri də bu yaxınlarda bəyanat veriblər:
«Artıq münaqişənin tezliklə həll olunmasına dair ortada iradə mövcuddur. Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazan görüşündən də çox şey gözlənilir. Həmsədr ölkələrin prezidentlərinin bəyanatında münaqişənin həlli ilə bağlı danışıqların intensivləşdirilməsi və sürətlənməsi çağırışları var. Bu baxımdan, Kazan görüşündə də bəzi irəliləyişə nail olmaq imkanları mövcuddur».