Modern.az

Mal-qara oğurluğu edən dəstə saxlanılıb

Mal-qara oğurluğu edən dəstə saxlanılıb

Aktual

26 Oktyabr 2017, 17:24

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən mal-qara oğurluğu ilə məşğul olan dəstə üzvləri tutulub.


Rayonun  Fərəhli kənd sakinləri  Paşa və Həsən Əyyubov qardaşları RPŞ-yə müraciət edərək onlara məxsus 5 baş iri buynuzlu heyvanın oğurlandığını bildiriblər.

Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları tərəfindən şübhəlilər müəyyən edilib və saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.  

Cəlilabad rayonunun Alar kənd sakinləri  Kainat Əliyev və qardaşı Əzizin ətrafında aparılan tədbirlərlə onlara bu cinayətdə daha iki nəfərin köməklik etdiyi məlum olub. Görülmüş tədbirlərlə Fərəhli kənd sakini Tural Nəbiyev və Cəlilabad rayonunun Alar kənd sakini Gəray Eyvazov da şübhəli şəxs qismində saxlanılıblar.

Saxlanılan şəxslər oğurladıqları heyvanları rayonun mal bazarında satdıqlarını, əldə olunan gəliri isə aralarında böldüklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?