Modern.az

Bərdədə silahlı şəxs yaxalandı

Bərdədə silahlı şəxs yaxalandı

26 Oktyabr 2017, 17:50

Bərdədə üzərində silah gəzdirən şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, əldə edilmiş əməliyyat məlumatı əsasında Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Abbasovu idarə etdiyi “Mitsubishi” markalı avtomobillə birlikdə saxlayaraq Polis Şöbəsinə gətiriblər.

 

Baxış zamanı onun üzərindən nömrəsi silinmiş “Naqan” tipli tapança, 1 ədəd patron və 1,9 qram heroin aşkar edilib.

“Mitsubishi” markalı avtomobilə baxış keçirən polis əməkdaşları oradan “F-1” qumbarası, 1 ədəd bıçaq və 1 ədəd dəmir ling də aşkar edərək götürüblər.

Faktla əlaqədar RPŞ-də cinayət işi başlanılıb.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?