Modern.az

Nazirlik Bakıda əlillik vəziyyətinə dair müşavirə keçirdi

Nazirlik Bakıda əlillik vəziyyətinə dair müşavirə keçirdi

13 İyun 2011, 13:09

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün Bakının Yasamal rayonunda “Əlilliyə səbəb olan faktorların öyrənilməsi, əlillik vəziyyəti ilə əhalinin əsas xəstəlik sinifləri üzrə xəstələnməsi hallarının kompleks şəkildə öyrənilməsi və əlilliyin qarşısının alınmasında reabilitasiya tədbirlərinin rolunun artırılması” mövzusunda zona müşavirəsi kecirib.
Modern.az saytının məlumatına görə, müşavirədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Səhiyyə Nazirliyinin, Tibbi-sosial ekspert komissiyalarının, Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələrının, əhalinin sosial müdafiə mərkəzlərinin, bərpa-müalicə müəssisələrinin və QHT-lərin nümayəndələri iştirak ediblər.

Müşavirədə paytaxt rayonlarında əlilliyi doguran faktorların öyrənilməsi, əlilliyin müəyyən edilməsi və ilkin əlilliyin profilaktikasi, müayinə olunan şəxslərin reabilitasiya imkanlarının dürüst qiymətləndirilməsi istiqamətlərində aparılan komleks tədbirlərin genişləndirilməsi məqsədilə müvafiq dövlət qurumları və ictimai təşkilatlar arasında informasiya mübadiləsinin həyata kecirilməsi məsələsi müzakirə edilib.
Tədbirdə həmçinin bərpa-müalicə müəssisələri ilə tibbi sosial ekspert komissiyalarının birgə fəaliyyətinin səmərəli təşkili, eyni zamanda bu sahədə şəffaflıgın artırılmasının təmin edilməsi və s. məsələlər müzakirə olunub.

Müşavirə həmçinin əlil insanlarin sosial həyata inteqrasiyasi, onların cəmiyyətin digər vətəndaşları ilə bərabər imkanlar qazanması, sağlam həyat tərzinin təbliği və əlillik problemləri ilə bağlı effektiv maarifləndirmə tədbiri kimi nəzərdə tutulub.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular