ABŞ Şimali Koreya hökumətinin bir neçə üzvünə və hərbi rəhbərlikdə təmsil olunan şəxslərə qarşı sanksiyalar tətbiq edib.
Bu haqda Modern.az Rusiya KİV-nə istinadən xəbər verir.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, sanksiya siyahısına komandanlıq rəhbəri, onun müavini, əmək naziri, Xarici Tikinti Bürosunun direktoru, ölkənin Çinin Şenyan əyalətindəki baş konsulu, xalq təhlükəsizliyi nazirinin müavini daxil edilib.
Qeyd edək ki, son zamanlarda ABŞ-la Şimali Koreya arasındakı münasibətlər daha da gərginləşib.