Modern.az

Milli Qəhrəmanın doğum günüdür

Milli Qəhrəmanın doğum günüdür

27 Oktyabr 2017, 08:31

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Rafael Əsədovun doğum günüdür.

Modern.az-ın məlumatına görə, Rafael Əsədov 1952-ci il oktyabrın 27-də Gəncədə anadan olub.

1969-cu ildə orta məktəbi bitirdikdən sonra Tbilisi Ali Artilieriya Məktəbinə daxil olub. 1973-cü ildə hərbi məktəbi bitirərək, təhsilini Sankt-Peterburq Нәгbi Artilleriya Akademiyasında davam etdirib. Təhsilini başa vurduqdan sonra SSRİ Silahlı Qüvvələrinin tərkibində Macarıstan, Vyetnam və Əfqanıstanda qulluq edib.

Rafael Əsədov 1991-ci ildən Ağdam, Goranboy, Tovuz və Gədəbəydə hərbi əməliyyatların fəal iştirakçısı olub.

1992-ci il noyabrın 12-də Ağstafada əməliyyata hazırlıq zamanı döyüş mövqelərinə nəzarət edərkən, yaxınlıqda partlayan mərmi qəlpələrindən həlak olub.

Ailəli idi. İki övladı var.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə Əsədov Rafael Əvəz oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?