Qədim tarixə, mədəniyyətə, adət-ənənələrə malik olan Azərbaycan rayonları müxtəlif xüsusiyyətlərilə bir-birindən fərqlənir. Rayonlarımız ayrı-ayrılıqda nəyiləsə tanınırlar.
Modern.az saytı “Rayonlarımız nəyi ilə tanınır” sualı ilə cəmiyyətimizin müxtəlif sahələrinin nümayəndələrinə müraciət edir. Yəni filan rayonun adı çəkiləndə ilk yada düşən nə olur...
Bu dəfə də “Hacıqabuul rayonu deyəndə ilk yada düşən nə olur” sualı ilə cəmiyyətdə müxtəlif safələrdə tanınmış insanlara müraciət etdik. Aldığımız cavablar isə belə oldu.
“Dostlarla yaddımda qalıb”
“Qadın Hüqüqları Müdafiə Cəmiyyəti”nin həmsədri Novella Cəfəroğlu bildirdi ki, Hacıqabul rayonu dostlarla onun yaddaşında qalıb: “Çox gözəl dostlarım olub, atam deputat olanda orada çoxlu dostları var idi. Azərbaycanın bir güşəsidir, çoxdandır orda olmamışıam. Əvvəlvər şəhərin görüntüsü o qədər də ürək açan deyildi. İndi deyilənə görə, düzəlib, amma gedib görməmişəm”.
Rayon insanlarının tanınmasına gəlincə, N.Cəfəroğlu: “Bütün rayonların insanlarına hörmətim var. Çünki rayonlarda acınacaqlı vəziyyətlərə dözürlər. Hər yerin yaxşısı da var, pisi də. Bütün rayonların insanlarını hörmət edirəm”.
“Aran rayonun insanları xəsis olur”
“Var.az” saytının rəhbəri Aynur Elgünəş qeyd etdi ki, bu rayon böyük mənada hec nəyi ilə tanınmır: “Düzünü deyim ki, Hacıqabul deyəndə ağlıma yolayrıcı, hərbi hissə gəlir. Daha sonra isə Nizami Süleymanov”.
A.Elgünəş fikirləşir ki, bu rayonun insanlarını fərqləndirən xüsusiyyət var: “Aran rayonunun əhalisi başqa rayonlarda yaşayanlardan fərqli olaraq bir az simic olurlar, düzünü deyim ki, heç vaxt bölgələr haqqında düşünməmişəm”.
“Gözəl insanları ilə tanınır”
Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli hesab edir ki, Hacıqabul ilk növbədə insanları ilə tanınır: “Mənim tanıdığım insanlar var, gözəl insanlardır. Yəni Hacıqabul ilk növbədə gözəl insanları ilə tanınır”.
Partiya sədrinin sözlərinə görə, təbii sərvətlərdən olan nar da bu rayonu tanıdır.
Hacıqabulluların hansı xüsusiyyətinə görə digər rayonların insanlarından fərqlənmələrinə gəlincə, Q.Əlibəyli vurğuladı ki, Azərbaycan çoğrafi baxımdan çox böyük ölkə deyil: “Əhalisinin hamısı biri-birinə oxşayır. Hacıqabul sakinləri başqa rayonların insanları xarakterindədirlər. Mərdlik gözümün qarşısına gəlir. Amma xalqın icində cürbəcür insanlar olur”.
“Sıx əlaqələrim yoxdur”
Millət vəkili Yevda Abramov bildirdi ki, Hacıqabul rayonu ilə sıx əlaqəsi yoxdur, buna görə də bu rayon haqqında çox informasiyaya malik deyil.
Bununla belə, millət vəkili qeyd etdi ki, rayon haqqında KİV-lərdən əldə etdiyi informasiyalar əsasında deyə bilər ki, rayonda tikinti-quruculuq işləri aparılır:
“Rayonda tikinti-quruculuq işləri aprılır, incanlar buna görə, razılığını ifadə edir. Amma şəxsən bu rayonda dostum yoxdur”.
Sədaqət SÜLEYMANOVA