Modern.az

İŞİD döyüş statistikasını AÇIQLADI: 23 mindən çox İraq hərbçisi öldürülüb

İŞİD döyüş statistikasını AÇIQLADI: 23 mindən çox İraq hərbçisi öldürülüb

27 Oktyabr 2017, 16:30

İŞİD qruplaşması 2016-cı ilin sentyabrından 2017-ci ilin sentyabr ayına (hicri tarixi ilə 1438-1439-cu illər) qədər İraqda aparılan hərbi əməliyyatların infoqrafikasını təqdim edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, cihadçılar 1 il ərzində İraq ərazisində gedən döyüşlərdə 23 580 İraq hərbçisi və kürd peşmərgəsinin (ordu, polis, könüllü) öldürüldüyünü yaxud yaralandığını, 4025 texnikanın sıradan çıxarıldığını bəyan edib. Eyni zamanda, 679 kamikadze hücumu təşkil olunub.

 

Hesabat dövründə ən çox Neynava, Dəclə və Cəzirə vilayətlərində uğur qazanılıb.

 

 

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?