Modern.az

İlham Əliyev Çex Respublikasının Prezidentini təbrik edib

İlham Əliyev Çex Respublikasının Prezidentini təbrik edib

27 Oktyabr 2017, 18:31

Azərbaycan Prezidenti İlham Əliyev Çex Respublikasının Prezidenti Miloş Zemana təbrik məktubu göndərib.

 

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Çex Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

 

Ümidvaram ki, Azərbaycan-Çexiya münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq arzulayıram".

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?