Goranboyda pambıqçıları daşıyan avtobusun aşması nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb.
Modern.az-ın APA-ya istinadən verdiyi məlumata görə, “İsuzu” markalı avtobus Kürək çayı üzərindəki körpüyə qalxmaq istəyərkən idarəetməni itirərək aşıb.
Qəza nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb.
Xəsarət alanlara Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
*** 18.11
Goranboyda avtobus çaya aşıb.
Modern.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Goranboy rayonunun Nadirkəndi ərazisindən keçən hissəsində baş verib.
Pambıq sahəsindən işçiləri daşıyan avtobus körpüyə qalxarkən çaya aşıb.
Xeyli yaralının olduğu bildirilir.
Xəsarət alanlardan 4-ü Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.