ABŞ-ın “Next Level” hip-hop qrupu oktyabrın 27-də Rəşid Behbudov adına Mahnı Teatrında konsert proqramı ilə çıxış edib.
Modern.az-ın məlumatına görə, konsert böyük coşqu ilə qarşılanıb.
“Next Level” qrupu istedadlı gənc ifaçılarımızla birgə hip-hop musiqi janrı ilə Azərbaycan muğamını sintez şəklində də səsləndiriblər.
Konsert proqramı ABŞ-ın ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə həyata keçirilən “Next Level Azerbaijan” proqramı çərçivəsində təşkil olunub.
Hip-hop qrupu ABŞ Dövlət Departamentinin, bu ölkənin Şimali Karolina Universitetinin və Meridian Beynəlxalq Mərkəzinin birgə təşəbbüsü ilə yaradılıb.
Qrupun təsis olunmasının əsas məqsədi hip-hop musiqi janrı və rəqsindən mədəniyyətlərarası mübadilənin genişləndirilməsində istifadə etməkdir.
Proqramın əsas məqsəd ölkələrimiz arasındakı mədəni əlaqələri genişləndirməkdir.
“Next Level” oktyabrın 28-də isə Mingəçevir Dövlət Dram Teatrında ödənişsiz konsert proqramı ilə çıxış edəcək.