Modern.az

Leysan 7 nəfəri öldürdü

Leysan 7 nəfəri öldürdü

28 Oktyabr 2017, 10:57

Nikaraquada güclü yağışlar nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin vitse-prezidenti Rosario Murilo bildirib.

 

Daha öncə 5 nəfərin öldüyü, daha 2 nəfərin itkin düşməsi barədə məlumat verilmişdi.

 

Güclü yağışlar Sakit okeanda yaranmış və Nikaraqua sahillərinə vurmuş "Selma" qasırğası səbəbilə yaranıb.

 

Hazırda qasırğanın Salvador istiqamətinə irəliləməsi bildirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?