Modern.az

DİN Goranboyda pambıqçıların qəzaya düşməsi barədə məlumat yaydı

DİN Goranboyda pambıqçıların qəzaya düşməsi barədə məlumat yaydı

28 Oktyabr 2017, 12:21

Daxili İşlər Nazirliyi (DİN) Goranboy rayonunda pambıqçıların qəzaya düşməsi barədə məlumat yayıb.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, oktyabrın 27-də saat 17 radələrində Goranboy rayonunun Nadirkənd kəndi ərazisində Sarovlu kənd sakini Sabir Mahmudov idarə etdiyi “İsuzu” markalı avtobusu aşırıb.

 

Nəticədə S.Mahmudovun sərnişinlərindən 14 nəfəri xəstəxanaya yerləşdirilib, onlardan 11-nə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, digər 3 nəfərin müalicəsi davam edir.

 

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?