Modern.az

Alman-Azərbaycan simpoziumu keçiriləcək

Alman-Azərbaycan simpoziumu keçiriləcək

Aktual

28 Oktyabr 2017, 16:37

4 noyabr 2017-c ildə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının xüsusi dəstəyi ilə ilk dəfə olaraq Bakıda 1-ci Alman-Azərbaycan Radioloji və Neyroradioloji Simpoziumu keçiriləcək.

 

Tədbirə Almaniyanın Köln və Aachen Universitet klinikalarından qatılan mütəxəssislər, tibb elmləri doktoru Nuran Abdullayev, tibb elmləri doktoru Volker Maus və Professor, tibb elmləri doktoru Anastasios Mpotsaris, Radiologiya sahəsində etdikləri son yeniliklərdən söhbət açacaq.

 

Azərbaycanda qurulmasına böyük ehtiyac olan STROKE mərkəzinin Almaniya modeli və eləcədə kəskin işemik insultlar keçirmiş xəstələrdə oluna biləcək müasir təcili Trombektomiyalar haqqında danışacaqlar.

 

Bundan əlavə, tədbirdə beyin anevrizmalarında  neyroradioloji invaziv müalicə metodlarının kəşfində və onun tətbiqində dünyada öz dəsti xətti ilə tanınan Prof. Anastasios Mpotsaris bu sahədəki ən son yeniliklərdən söhbət açacaq.

 

Tədbirdə Bakıda çalışan yerli həkimlərin də şəxsi təcrübələrinə dair cıxışlara yer veriləcək. Belə ki, Zəfəran klinikasından Ruslan Əliyev və Mərkəzi Klinik Xəstəxanadan Coşqun Məmmədovun keçirdikləri invaziv əməliyyatlar nümayiş etdirildikdən sonra müzakirə ediləcəkdir.

 

Tədbir 4 Noyabr saat 10:00-da, Azərbaycan Tibb Universitetinin Cərrahiyyə Klinikasının iclas zalında keçiriləcək.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?