Modern.az

Göyərtə qrupu NATO standartlarına uyğun qiymətləndirildi - FOTOLAR

Göyərtə qrupu NATO standartlarına uyğun qiymətləndirildi - FOTOLAR

Aktual

28 Oktyabr 2017, 17:02

Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Proqramı çərçivəsində Hərbi Dəniz Qüvvələrinin Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Göyərtə qrupunun “Dənizdə qadağa əməliyyatları” üzrə NATO standartlarına uyğun 1-ci səviyyəli özünüqiymətləndirməsi (SEL-1) keçirilib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, NATO-nun Nortvud Hərbi Dəniz Qərargahının nümayəndə heyətinin müşahidəçi qismində iştirak etdiyi SEL-1-in əsas məqsədi Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Göyərtə qrupunun fəaliyyətinin və təchizatının Şimali Atlantika Alyansının standartlarına uyğunluğunu yoxlamaqdan ibarət olub.

 

Qeyd edək ki, ilk dəfə keçirilən bu qiymətləndirmə Silahlı Qüvvələrimizin nümayəndələri tərəfindən həyata keçirilib və bu Hərbi Dəniz Qüvvələrinin Dənizdə Qadağa Əməliyyatları üzrə Göyərtə qrupunun silsilə qiymətləndirmələrinin başlanğıcıdır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?