ABŞ-ın Azərbaycandakı səfirliyi Bakı Caz Festivalında iştirak etmək üçün paytaxtımıza gələn "Kennedy Administration" caz qrupunu dəstəkləyib. Səfirlikdən Modern.az-a verilən məlumata görə, Azərbaycana səfəri müddətində ABŞ səfirliyi "Kennedy Administration" caz qrupunun tələbələr və yerli musiqiçilərlə məşğələ və musiqi sintezi görüşməsini təşkil edib.
ABŞ səfiri Robert Sekuta görüşdə iştirak edib və iştirakçılarla ünsiyyətdə olub. O qeyd edib ki, caz musiqisinin doğum yeri ABŞ olsa da, janr inkişaf edərək qlobal musiqi janrına çevrilib və dünyanın müxtəlif yerindən olan musiqiçiləri bir araya gətirir. Caz ifası və onun ətrafında olan müzakirələr multikulturalizm, inteqrasiya və özünüifadə mövzusunda dialoqu təşviq edir.
"Kennedy Administration" qrupunun Bakı Caz Festivalı çərçivəsində çıxışı bu gün saat 20:00-dan etibarən başlayıb və oktyabrın 30-dək davam edəcək.