Mingəçevirdə bədbəxt hadisə baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospekti, 68/1 ünvanında baş verib. Həmin ünvanda yaşayan 1966-cı il təvəllüdlü Aslanova Xanım Musa qızı binanın 4-cü mərtəbəsindən yerə yıxılıb.
Ağır kəllə-beyin travması alan qadın xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.