Modern.az

Azərbaycanda ehtiyata buraxılan zabitlər üçün qanun dəyişir

Azərbaycanda ehtiyata buraxılan zabitlər üçün qanun dəyişir

28 Oktyabr 2017, 21:29

Prezident İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2017-ci il 2 oktyabr tarixli qanunun tətbiqi barədə fərman imzalayıb. Modern.az xəbər verir ki, qüvvədə olan çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatı onların yaşayış yeri üzrə, 3 aydan artıq müddətə yaşayış yerini dəyişdirdikdə isə olduğu yer üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən aparılır.

 

Qanuna əlavə olunan dəyişikliyə görə, Xarici Kəşfiyyat Xidməti və Dövlət Təhlükəsizlik Xidməti subyekt olaraq dövlət sirrini təşkil edən məlumatlara malik olduğu üçün bu orqanlarda ehtiyata keçirilmiş xidmətçilərin qeydiyyatı məhz çalışdıqları orqanın siyahısı ilə aparılacaq.

 

Həmçinin, müvafiq icra hakimiyyəti orqanından ehtiyata keçirilmiş zabitlərə hərbi biletin verilməsi həmin orqan tərəfindən həyata keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?