Modern.az

Avropa Komissiyası yay vaxtına keçidin ləğvini müzakirə edir

Avropa Komissiyası yay vaxtına keçidin ləğvini müzakirə edir

28 Oktyabr 2017, 23:48

"Avropa Komissiyası yay vaxtına keçidin ləğv olunmasının nə dərəcədə məqsədəuyğun olduğunu araşdırır". Modern.az xəbər verir ki, bu barədə "Trend" "Frankfurter Allgemeine Zeitun" qəzetinə istinadən məlumat verib.

 

"Avropa komissiyası artıq yay vaxtının ləğv olunmasına tələbatın nə dərəcədə olduğunu yoxlayır. Hal-hazırda məsələ bütün mövcud məlumatlar nəzərə alınmaqla öyrənilir", - deyə Komissiya nümayəndəsi bildirib.

 

Xatırladaq ki, Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən Azərbaycanda ötən ilin mart ayından etibarən yay vaxtına keçid ləğv olunub.

 

"Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Milli Elmlər Akademiyasının təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

"Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 17 mart tarixli 21 nömrəli qərarı ləğv edilsin", deyə qərarda bildirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?