Modern.az

Somalinin paytaxtında partlayış: 25 nəfər öldü

Somalinin paytaxtında partlayış: 25 nəfər öldü

29 Oktyabr 2017, 11:15

Somali paytaxtı Moqadişoda mehmanxanaya hücum nəticəsində ölənlərin sayı 25-ə çatıb.

 

 

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu haqda Sinxua agentliyi xəbər verir.

 


Daha əvvəl 10 nəfərin öldüyü və 15 yaralının olduğu haqda xəbər verilirdi. 

Qeyd edək ki, hadisə prezident sarayının yaxınlığında yerləşən mehmanxananın yanında baş verib. Terrorçu-intiharçı avtomobildə olan partlayıcı qurğunu işə salıb.

Partlayışlara görə məsuliyyəti "Əş-Şabab" radikal qruplaşması üzərinə götürüb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?