Modern.az

Sabaha olan hava PROQNOZU - Tempratur 26 dərəcəyə catacaq

Sabaha olan hava PROQNOZU - Tempratur 26 dərəcəyə catacaq

29 Oktyabr 2017, 13:21

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya DepartamentindənModern.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 14-16° isti, gündüz  20-25° isti, Bakıda gecə  14-16°, gündüz  23-25° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi normadan aşağı 754 mm civə sütunundan 749 mm civə sütununa enəcək. Nisbi rütubət  gecə  60-70 %, gündüz  40-50 % olacaq. 

 

Oktyabrın 30-da Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz, səhər bəzi yerlərdə duman olacaq. Lakin axşama doğru  bəzi qərb rayonlarında qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə  10-15°, gündüz  21-26° isti, dağlarda gecə 5-10°, gündüz 15-20° isti olacağı gözlənilir. 

 
 
Sosial səhifələrdə paylaş
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?