Modern.az

Binəli Yıldırım İlham Əliyevə minnətdarlıq etdi

Binəli Yıldırım İlham Əliyevə minnətdarlıq etdi

29 Oktyabr 2017, 20:02

Türkiyənin baş naziri Binəli Yıldırım Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin uğurla başa çatması ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyev və Gürcüstan baş naziri Giorgi Kvirikaşviliyə telefonla zəng edib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, baş nazir Azərbaycan prezidentinə və Gürcüstan baş nazirinə Bakı-Tbilisi-Qars dəmir yolu verdikləri dəstəyə görə təşəkkür edib.

 

Türkiyənin baş naziri Bakı-Tbilisi-Qars dəmir yolunun xeyirli olmasını arzu edib.

 

Qeyd edək ki, sabah prezident İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin iştirakı ilə  Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli açılış mərasimi keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?