İranın Huzestan əyalətində neft buruğunda yanğın olub. Modern.az İran mediasına istinadən xəbər verir ki, yanğın nəticəsində 2 işçi həlak olub. Daha əvvəl 4 nəfərin öldüyü bildirilirdi.
Məlumata əsasən, hadisə yerinə xilasedicilər və yanğınsöndürənlər göndərilib.