Modern.az

Canavarlar kəndə hücum etdi - Video

Canavarlar kəndə hücum etdi - Video

29 Oktyabr 2017, 23:43

Göyçayda canavarlar kəndə hücum edib. Modern.az “Xəzər xəbər”ə istinadən xəbər verir ki, Göyçayın Çaxırlı kəndinə hücum edən canavarlar 4 baş qoyunu parçalayıb.

 

Kənd sakini Eldəniz Abdullayevə məxsus tövləyə girən canavarlar 20 baş xırda buynuzlu heyvandan 4-nü parçalayıb, 1-ni isə yaralayıb.

 

Yaralı qoyun baytarların nəzarətinə götürülərək müalicə olunur. Ölən heyvanlar isə dezinfeksiya edilərək torpağa basdırılıb.

 

Sakinlərin sözlərinə görə, bu, vəhşi heyvanların kəndə ilk hücumu deyil. Əvvəllər də yırtıcılar bir neçə dəfə heyvanları və ev quşlarını tələf ediblər.

 

Kənddə heyvandarlıqla məşğul olan fermerlər vəhşi heyvanların hücumundan qorunmaq üçün ov tüfəngindən istifadəyə icazə verilməsini istəyirlər.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?