Modern.az

Sevdiyinin başqasına nişanlandığını bilən gənc özünü asdı

Sevdiyinin başqasına nişanlandığını bilən gənc özünü asdı

30 Oktyabr 2017, 00:44

Astara rayonunda intihar hadisəsi baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Kijəbə qəsəbəsində baş verib.

Belə ki, 22 yaşlı İbrahimov Nazim Elvin oğlu yaşadığı evin həyətində intihar edib. Yaxınlarının dediyinə görə, onun intihar etməsinə səbəb sevdiyi qızın başqasına nişanlanması olub.

Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?