Modern.az

Xızıda qardaş qardaşı güllələdi - YENİLƏNİB

Xızıda qardaş qardaşı güllələdi - YENİLƏNİB

30 Oktyabr 2017, 13:08

Xızı rayonunda qətl hadisəsi baş verib.

 

Modern.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə oktyabrın 29-da Xızı rayonunun Yarımca kəndi ərazisində törədilib. Belə ki, Bakı şəhər sakinləri Şirxan Məhərrəmovla qardaşı Səməd arasında onlara məxsus əkin sahəsində münaqişə baş verib. Bu zaman Şirxan tüfəngdən açdığı atəşlə Səmədi qətlə yetirib və bu barədə polisə məlumat verib.

Ş.Məhərrəmov Xızı RPŞ-nin əməkdaşları tərəfindən tutulub və ondan hadisə törədilərkən istifadə edilən müvafiq sənədləri olmayan 16 kalibrli tüfəng götürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?