Kapital Bank” ASC Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən keçirilən “Nə? Harada? Nə zaman?” yarışının qalibi olub.
Bu barədə “Report”a bankın mətbuat ximdətindən məlumat verilib.
Məlumatda deyilir ki, müsabiqədə 13 bank ümumilikdə 100-dək əməkdaşla iştirak edib.
Üç mərhələdə keçirilən yarış zamanı bütün rəqiblərini üstələyən “Kapital Bank”ın yığma komandası, yarışın çempionu adına layiq görülüb. Qalib komandaya yarışın kuboku təqdim olunub.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək olar.