Hesablama Palatasının növbəti kollegiya iclasında “2018-ci il dövlət büdcəsi haqqında”, “Sosial təminatı və sosial müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında” qanun layihələrinə qurumun rəyləri müzakirə edilib.
Bu barədə Hesablama Palatasından Modern.az-a məlumat verilib.
Məlumata görə, iclas iştirakçıları rəylər barədə fikir və təkliflərini bildirib, qanun layihələrinin Milli Məclisdə müzakirə edilməsinin tövsiyə olunması ilə bağlı kollegiya qərarları qəbul olunub.