Modern.az

Qərbi Kaspi Universitetində “Ekoklub” yaradılıb

Qərbi Kaspi Universitetində “Ekoklub” yaradılıb

30 Oktyabr 2017, 13:31

Qərbi Kaspi Universitetinin (Qərb Universiteti) Yüksək texnologiyalar və innovativ mühəndislik məktəbində “Ekoklub” yaradılıb.

 

“Ekoklub”da Ekologiya kürsüsünün müəllimləri və universitetdə yeni açılmış ekoloji mühəndislik, meşəşilik, meşə materiallarının və ağac emalı texnologiyası və biologiya ixtisaslarının tələbələrinin iştirakı ilə aktual ekoloji məsələlərin müzakirəsi aparılacaq. 

 

Eyni zamanda beynəlxalq və yerli qrumlardan ekspertlər görüşlər, seminarlar üçün dəvət olunacaq. Klub tələbələrin bu sahə ilə bağlı yerli və beynəlxalq layihələrdə iştirakı üçün də dəstək göstərəcək. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?