Modern.az

Rusiya bayrağı altında üzən yük gəmisi batdı: 8 ölü

Rusiya bayrağı altında üzən yük gəmisi batdı: 8 ölü

30 Oktyabr 2017, 22:29

İstanbula yük aparan gəmi batıb. Modern.az xarici mediyaya istinadən xəbər verir ki, Qara dənizdə batan“Geroy Arsenal” yük gəmisi Rusiya bayrağı altında üzürmüş. Gəmi Azov dənizindən Qara dənizə keçərək batıb.

İlkin məlumata görə, 8 nəfər dünyasını dəyişib. Hazırda dənizdə sürəti 38 kv/m-ə çatan güclü külək əsir. Dalğaların hündürlüyü 8-10 metrə qalxdığı üçün xilasetmə işləri aparmaq mümkünsüzdür.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?