Modern.az

Güclü külək Masallıda məktəbi dağıtdı

Güclü külək Masallıda məktəbi dağıtdı

31 Oktyabr 2017, 00:57

Masallıda rayonunda günün ikinci yarısından başlayan güclü külək bir sıra fəsadlar törədib. Modern.az APA-ya istinadən xəbər verir ki, Masallı rayon Təklə tam orta məktəbinin dam örtüyünün bir hissəsi uçaraq yarasız hala düşüb. Yeni Zuvand kənd orta məktəbində də analoji hadisə baş verib.

 

Masallı rayonu ərazisində 10-dan artıq iri gövdəli ağac kökündən qoparaq yol üzərinə aşıb. Masallının Ərkivan qəsəbəsində Azər Novruzova məxsus ikimərtəbəli yaşayış evinin üzərinə irigövdəli ağac aşıb. Nəticədə yaşayış evinin dam örtüyünə ciddi ziyan dəyib.

 

Külək rayonun rabitə və elektrik təsərrüfatına ciddi ziyan vurub. Elektrik dirəklərinin aşması nəticəsində onlarla yaşayış məntəqəsi işıqsız qalıb. Masallı rayon Memarlıq və Tikinti şöbəsinin müdiri  Abbas Mikayılovdan sözlərinə görə, hazırda rayona dəymiş ziyanın miqdarı hesablanır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?